Sabah hava necə olacaq?

Oktyabrın 31-də gözlənilən hava şəraiti açıqlanıb.

Oct 30, 2025 - 12:25
Oct 30, 2025 - 12:27
Sabah hava necə olacaq?

SAVASHMEDİA.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 18-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 18-22, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.