Sürücülərin çoxu bu səhvi edir, amma... - Aİ-92 ilə Aİ-95-i qarışdırmaq olar?
Sürücülər adətən yanacağın keyfiyyətini artırmaq məqsədilə Aİ-92 və Aİ-95 markalı benzinləri qarışdırırlar.
SAVASHMEDİA.az bunun avtomobilə hər hansı ziyanının olub-olmamasını araşdırıb.
Qeyd edək ki, Aİ-92 və Aİ-95 benzinlərini qarışdırmaq olar, bu, texniki cəhətdən təhlükəli deyil. Amma bunu nadir hallarda etmək lazımdır. Başqa sözlə, hər dəfə və ya mütəmadi olaraq benzinləri qarışdırmaq məsləhət görülmür.
Aİ-92 və Aİ-95 benzinlərini qarışdırdıqda orta oktanlı benzin alınır (təxminən Aİ-93–94). Bu, mühərrik üçün zərərli deyil, hər hansı nasazlıq yaratmır. Fövqəladə vəziyyətdə və ya səhvən doldurulanda problem sayılmır.
Amma bunları nəzərə almaq vacibdir:
- Avtomobil istehsalçısı hansı oktanı tövsiyə edirsə, daimi olaraq onu istifadə etmək daha düzgündür.
- Aİ-95 tələb edən mühərrikdə uzun müddət aşağı oktan (qarışıq da daxil) istifadə etmək performansı azalda və yanacaq sərfini artıra bilər.
Səlcuq