Tale Bağırzadənin oğlunu hansı cəza gözləyir? - 17 yaşlı qızın burnunu sındırıb
Bu gün həbsdə olan ilahiyyatçı Taleh Bağırzadənin oğlunun törətdiyi əməllə bağlı məlumat yayılıb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, ilahiyyatçının oğlu voleybol oynayan zaman münaqişə salaraq 17 yaşlı qızı yumruqla vurub. Nəticədə qızın burnu sınıb.
Məlumatda bildirilir ki, hadisə Xəzər rayonu ərazisində baş verib, burnu sınan qiz isə Buzovna qəsəbəsinin sakinidir. Xəsarət almış şəxsin ailə üzvləri baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Faktla bağlı polis idarəsində cinayət işi başlanıb.
Maraqlıdır, Tale Bağırzadənin oğlunu hansı cəza gözləyir?
Azərbaycan qanunvericiliyinə görə, fiziki z*r tətbiq etməklə xəsarət yetirmək cinayət məsuliyyəti yaradır və hadisənin ağırlığından asılı olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənir.
Əsas məsələ xəsarətin dərəcəsidir:
1. Az ağır xəsarət (məsələn, burun sınığı var, amma həyati təhlükə yoxdursa)
Cinayət Məcəlləsinin 127-ci maddəsinə (qəsdən sağlamlığa az ağır zərər vurma) əsasən, cərimə, islah işləri və ya azadlığın məhdudlaşdırılması (3 ilə qədər azadlıqdan məhrumetmə) ilə cəzalandırılır.
2. Ağır xəsarət (əgər ciddi fəsadlar varsa – deformasiya, nəfəs problemi və s.)
Şəxsi Cinayət Məcəlləsinin 126-cı maddəsinə (qəsdən ağır zərər vurma) əsasən,
3 ildən 8 ilə qədər həbs gözləyir.
3. Sadəcə döymək (xəsarət çox yüngüldürsə)
Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən, daha yüngül cəzalar tətbiq olunur.
Səlcuq