Taleh Yüzbəyovun reklamındakı estetikli qadın DANIŞDI 

Aktyor Taleh Yüzbəyovun qalmaqallı reklam çarxında estetik əməliyyat keçirmiş qadın obrazını canlandıran aktrisa Türkan Murad tənqidlərə münasibət bildirib.

Jul 15, 2026 - 15:48
Taleh Yüzbəyovun reklamındakı estetikli qadın DANIŞDI 

SAVASHMEDİA.az xəbər verir ki, aktrisa tənqidlərə belə cavab verib:

"İlk növbədə təbriklərə görə hər kəsə təşəkkür edirəm. Məni qınayanlara isə demək istəyirəm ki, bu, sadəcə canlandırdığım bir obrazdır. Əgər hər hansı kompleksim olsaydı, bu reklama çəkilməzdim. Rahat olun".

Xatırladaq ki, Taleh Yüzbəyovun çəkildiyi reklam çarxında qadınların estetik əməliyyatlarına münasibəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. (axsam)