Tramp Maskla niyə düşmən olduğunu açıqladı - "O, dəli olub, istəyirdi ki..."

"İlon Mask öz vəzifələrini səmərəli şəkildə yerinə yetirməyi dayandırmışdı".

Jun 6, 2025 - 00:26
Tramp Maskla niyə düşmən olduğunu açıqladı - "O, dəli olub, istəyirdi ki..."

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp planetin ən zəngin adamı İlon Maskla niyə düşmən olduğunun əsas səbəbini açıqlayıb.

O, bu barədə “Truth” sosial şəbəkəsində yazıb.

"Mən İlon Maskdan getməsini xahiş etdim. O, istəyirdi ki, hamını heç kimə lazım olmayan elektrik avtomobilləri almağa məcbur edən əmri ləğv etməyim. Mask  bir neçə ay idi ki, mənim bunu edəcəyimi bilirdi və o, sadəcə dəli oldu".

Prezident həmçinin Maskın şirkətləri ilə hökumət müqavilələrini ləğv edəcəyini bildirib: 

"Büdcəmizə, milyardlarla dollara qənaət etməyin ən asan yolu Maskın hökumət subsidiyalarına və müqavilələrinə son qoymaqdır. Mən həmişə təəccüblənirəm ki, Co Bayden bunu niyə etməyib?"

Oğuz