Tramp Putini razı saldı - sülh qapıda

Rusiya Prezidenti Vladimir Putin və Amerika lideri Donald Trampın danışqları ilə bağlı Ağ Ev bəyanat yayıb.

Mar 18, 2025 - 22:17
Mar 18, 2025 - 22:31
Tramp Putini razı saldı - sülh qapıda

SAVASHMEDİA.az xəbər verir ki, rəsmi Vaşinqton liderlərin danışıqları zamanı Ukrayna münaqişəsi ilə bağlı sülh razılaşması əldə olunduğunu açıqlayıb.

Bəyanatda bildirilir: “Liderlər Yaxın Şərqdə münaqişələri əngəlləmək üçün potensial əməkdaşlıqdan danışıblar. Onlar strateji silahlardan istifadənin qarşısının alınmasını müzakirə ediblər".

Prezidentlər Ukraynada sülh və atəşkəsin zərurətindən danışıblar. Hər iki lider münaqişənin davamlı sülhlə bitməsi ilə bağlı razılığa gəliblər.

Onlar həmçinin ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıblar”.

Danışıqların yekunu ilə bağlı Kremldən də açıqlama gəlib.

RF Prezidenti Vladimir Putin Rusiya və Ukraynanın 30 gün ərzində enerji infrastrukturuna zərbələrdən qarşılıqlı imtina etməsi barədə ABŞ Prezidenti Donald Trampın ideyasını dəstəkləyib və hərbçilərə belə bir əmr verib.

“Söhbət zamanı Donald Tramp münaqişə tərəflərinə 30 gün ərzində enerji infrastrukturu obyektlərinə hücumlardan qarşılıqlı şəkildə çəkinmək təklifi irəli sürüb. Vladimir Putin bu təşəbbüsə müsbət cavab verib və dərhal Rusiya hərbçilərinə müvafiq əmr verib”, – məlumatda deyilir.