Tramp tapşırdı, FİFA ABŞ futbolçusunun qırmızı kartını ləğv etdi - QALMAQAL
ABŞ Prezidenti Donald Trampın FİFA prezidenti Canni İnfantinoya zəng edərək ABŞ millisinin futbolçusuna verilmiş qırmızı kartı ləğv etdirməsi böyük səs-küyə səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp ABŞ millisinin hücumçusu Folarin Balogunun Belçika ilə Dünya Kubokunun 1/8 final oyununda iştirak edə bilməsi üçün İnfantino ilə telefon danışığı aparıb.
Bununla da FIFA İntizam Komitəsi Balogunun qırmızı vərəqədən sonra almalı olduğu avtomatik diskvalifikasiyanı dayandıraraq futbolçuya meydana çıxmağa icazə verib. Cəza bir illik sınaq müddəti ilə əvəzlənib.
Bu qərar Belçika Futbol Assosiasiyasının narazılığına səbəb olub. Qurum FIFA-nın qərarından apellyasiya şikayəti verməyi planlaşdırır.
Oğuz