ABŞ Dövlət Departamenti bir söz deyir, Panama kanalı başqa…

Panama hökuməti ABŞ hökumətinə məxsus gəmilərin Panama kanalından keçidi üçün tranzit rüsumlarını ləğv etməyə razılaşıb.

Feb 6, 2025 - 13:38
ABŞ Dövlət Departamenti bir söz deyir, Panama kanalı başqa…

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin “X” hesabında məlumat yayılıb. 

“Bundan sonra belə gəmilər hər il ABŞ hökumətinin milyonlarla dollarına qənaət etməklə Panama kanalından pulsuz keçə bilər”, - deyə məlumatda vurğulanıb.

“Euronews” isə xəbər verib ki, Panama kanalının administrasiyası “Facebook” səhifəsində bu xəbəri təkzib edib və bildirib ki, kanaldan keçid haqqı ilə bağlı heç bir dəyişiklik edilməyib. 

"Panama kanalının rəhbərliyi, artıq bəyan etdiyi kimi, sözügedən ölkədən hərbi gəmilərin tranziti ilə bağlı ABŞ-nin müvafiq rəsmiləri ilə dialoq qurmağa hazırdır", - məlumatda deyilir.

Xatirə SADİQ