Ağsuda seldə ölən vəzifəli şəxs imiş 

Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi olub.

Apr 16, 2025 - 18:10
Apr 16, 2025 - 18:13
Ağsuda seldə ölən vəzifəli şəxs imiş 

SAVASHMEDİA.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan digər 3 nəfər Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Vəziyyətləri nisbi stabil qiymətləndirilir.

Qeyd edək ki, yol-təmir işləri ilə məşğul olan işçilər güclü yağışdan qorunmaq üçün ekskavatorda oturublar. Çaya gələn güclü sel ekskavatoru aşırıb. 

Ağsu-İsmayıllı ərazisində yol-təmir işlərini həyata keçirən “Evrascon” şirkətinin işçiləri yağışdan qorunmaq üçün ekskavatorun içinə yığışıb.

Selin aşırdığı ekskavatorda olan 4 nəfərdən biri “Evrascon” şirkətinin sözügedən ərazidə aparılan iş üzrə sahə rəisi 1982-ci il təvəllüdlü Pərviz Ayətullalayev hadisə yerində dünyasını dəyişib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan digər 3 nəfər – 1992-ci il təvəllüdlü Qazax rayon sakini Abdullayev Bəxtiyar Nəsib oğlu, 1982-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Salahov Elnur Məhəmməd oğlu və 1988-ci il təvəllüdlü Gədəbəy rayon sakini Qasımov Bəxtiyar Fazil oğlu da “Evrascon” şirkətinin işçiləri olub.