“Apple” və “Meta" 700 milyon avro məbləğində cərimələndi

Avropa İttifaqının (Aİ) yeni rəqəmsal qaydalarına əməl etmədiklərinə görə “Apple” və “Meta” texnoloji korporasiyaları cərimə olunublar. 

Apr 23, 2025 - 16:35
“Apple” və “Meta" 700 milyon avro məbləğində cərimələndi

SAVASHMEDİA.az bu barədə “Politico”ya istinadən xəbər verir. 

“Apple” tətbiq mağazaları qaydalarını pozduğuna görə 500 milyon avro, “Meta” isə istifadəçilərdən reklamsız xidmətlərə baxmaq üçün ödəniş tələb edən “ödə vəya razılaş” reklam modelinə görə 200 milyon avro məbləğində cərimələnib.

Qeyd edək ki, Avropa Komissiyası ilk dəfə 2024-cü ildə qüvvəyə minən Rəqəmsal Bazarlar Aktı (Digital Markets Act – DMA) çərçivəsində cərimələr tətbiq edib.

“Apple” şirkətinə həmçinin iyunun sonuna kimi pozuntuları dayandırmaq və məhsullarında əlavə dəyişikliklər etmək tövsiyəsi verilib. Əgər şirkət bu tələblərə əməl etməzsə, ona əlavə gündəlik cərimələr təyin olunacaq. Avropa Komissiyası “Meta”nın ötən ilin sonunda DMA-ya müvafiq olmaq üçün atdığı addımları qiymətləndirməyə davam edir. 

Xatirə SADİQ