“Rus evi” əməkdaşının həbs səbəbi - Ukrayna müharibəsinə adam yığırmış
Qırğızıstanın Oş şəhərindəki “Rus Evi”nin əməkdaşı Nataliya Sekerina qırğız vətəndaşlarını Ukraynaya qarşı müharibəyə muzdlu əsgər kimi cəlb etməkdə ittiham olunur.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun qırğız xidməti və “İnterfaks” məlumat yayıb.
Sekerina Qırğızıstan Cinayət Məcəlləsinin 416-cı maddəsinin 1-ci hissəsi – “Digər dövlətlərin silahlı münaqişələrində və ya dövlət hakimiyyətini devirməyə və ya ərazi bütövlüyünü pozmağa yönəlmiş zorakılıq hərəkətlərində istifadə etmək məqsədi ilə muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi, maddi təminatı, təlimi, habelə hərbi və ya hərbi əməliyyatlarda hərbi əməliyyatlarda və ya hərbi əməliyyatlarda istifadə edilməsi” üzrə şübhəli bilinir.
Bişkekin Pervomayski Rayon Məhkəməsi onun barəsində həbs-qətiimkan tədbiri seçib. Nataliya Sekerina iyunun 17-dək həbsdə qalacaq.
Faktla bağlı Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (MTK) Baş İstintaq İdarəsi tərəfindən cinayət işi açılıb.
Əvvəllər jurnalist işləmiş Sekerinadan başqa, Oş meriyasının mətbuat xidmətinin əməkdaşı Sergey Lapuşkin də həbs edilib. Bundan başqa, muzdluluq maddəsi ilə açılmış cinayət işi üzrə daha iki nəfər saxlanılıb, onların şəxsiyyətləri müəyyənləşdirilir.
“The Moscow Times” yazır ki, Ukraynaya qarşı Rusiyanın təcavüzkar müharibəsi başlayandan sonra Avropa İttifaqı (Aİ) “yumşaq güc və Kremlin hibrid təsirinin layihələndirilməsi” fəaliyyətinə görə “Rossotrudniçesnvo” təşkilatını sanksiyalar siyahısına daxil edib.
Aİ qeyd edib ki, “Rossotrudniçestvo” Moskvanın təsir agentləri şəbəkəsini ört-basdır edir, “rusiyapərəst oyunçuların fəaliyyətini birləşdirən və Kreml uydurmalarını, xüsusən də tarixi revizionizmi yayan ictimai diplomatiya və təbliğat layihələrini” maliyyələşdirir.
Nəşr xatırladıb ki, bundan öncə Azərbaycan və Moldova öz ölkələrindəki “Rus evləri”ni bağlayıb . Bu addım Rusiya Federasiyası tərəfindən h\əmin ölkələrin daxili işlərə kənardan müdaxiləsini və Rusiyanın kəşfiyyat fəaliyyətini dayandırmaq məqsədilə atıb.
Xatirə SADİQ