Arvadı atıb getdi, Ərdoğandan kömək istədi - Bakı konsertini ləğv edən Rza Tamer kimdir? 

Məşhur türkiyəli müğənni Rza Tamer Bakıda konsert verməkdən imtina edib.

Aug 1, 2025 - 00:16
Arvadı atıb getdi, Ərdoğandan kömək istədi - Bakı konsertini ləğv edən Rza Tamer kimdir? 

SAVASHMEDİA.az xəbər verir ki, əvvəlcə restoranla razılaşan müğənni Bakıya gəldikdən sonra fikrini dəyişib.

Rza Tamer imtinasının səbəbini belə izah edib:

"Bu gün Azərbaycanda konsert verməli idim. Bakını gəzmək üçün bir gün əvvəldən getdik. Restoranla bağlı heç bir problem olmadı, hər şey yaxşı idi. Çox gözəl qarşıladılar, möhtəşəm insanlar idi. Amma konserti ləğv etməli oldum. Mən türk pulunun istifadə olunmadığı ölkədə konsert vermək istəmirəm. Xahiş edirəm, mənə əsəbləşməyin, anlayışla qarşılayın. Bu da mənə dərs oldu. Avropada da turneyə çıxmalı idim. Onu da ləğv edirəm. Avropada da türk pulunun istifadə edilmədiyi heç bir ölkədə konsert verməyəcəyəm".

Rza Tamerin davranışı birmənalı qarşılanmayıb. Belə ki, izləyiciləri onu tənqid edərək qeyri-peşəkar adlandırıblar. 

Bəs Türkiyə ilə yanaşı Azərbaycanda da pərəstişkarları olan Rza Tamer kimdir?

Türkiyə Rza Tameri 2000-ci illərin əvvəllərində "Popstar Türkiye" yarışması ilə tanıyıb. Yarışmada üçüncü olan Tamer bir müddət musiqidən uzaq qalıb. Uzun müddətdən sonra “Benden sonra” mahnısı ilə yenidən məşhurlaşıb. 

Rza Tamer qatıldığı proqramda evlilik həyatından danışıb. 3 il öncə boşandığını bildirən müğənni keçirdiyi çətin günlərdən bəhs edib:

“Evlənmişdim. Sarışın, yaşıl gözlü, çox gözəl qadın idi. Sevib ailə qurduq. Pandemiya dövrü idi. Evləndikdən iki gün sonra koronavirusa yoluxdum. Barlar, restoranlar qapanmalara getdi. Başqa iş tapa bilmədim. Atam bizə 500 lirə pul göndərdi. Pulum yox idi deyə boşanmaq istədiyini bildirdi. Boşandıq. Gedib varlı biri ilə evləndi. Allah xoşbəxt etsin. Eşq acısı ilə küçələrə düşdüm. Küçədə yatdım, məsciddə yatdım. Betonda yatmaqdan böyrək xəstəsi oldum, ciyərlərim məhv olmaq üzrə idi. Bunların hamısı keçər, amma eşq acısı keçmədi. O gedib evləndi, amma mən 3 ildir heç bir qadına əl vurmamışam. Sevdiyim qadın atıb getdi, dostlarım yoxa çıxdı, amma musiqim mənlə qaldı. “Benden sonra” mahnısını küçələrdə yaşayarkən yazmışam. Mənim bu dünyada edəcəyim heç nə qalmayıb. Qazandığım pulu da ehtiyacı olanlara verəcəyəm. Cəhənnəmə getsəm, qapısında o qadını gözləyəcəyəm. Pula görə satdığı eşqimə sahib çıxdığımı göstərəcəyəm. Ancaq o cəhənnəmdə yanarkən məni çağırsa, gedib onunla yanaram ”.

Rza Tamerin məşhurlaşması da təsadüfən olub:

“Antaliyada hava limanına gedən küçədə “Benden sonra” mahnısını oxuyurdum. Təyyarəyə minəcək 3-4 tələbə məndən mahnını yenidən oxumağımı istədi. Oxudum, videoya çəkdilər. Sosial şəbəkəyə yükləyiblər. Bəyənilib, baxış sayı 1 milyonu keçib. Bir gün sonra İstanbuldakı musiqi şirkətlərinin nümayəndələri Antalyaya gəldilər. Bir gündə xalq məni məşhur etdi”.

Müğənni musiqi şirkəti ilə yaşadığı problemlə də gündəmə gəlib. Başqa şirkətə keçmək istəyən R.Tamer təlif haqları məsələsinə görə konsert verə bilməyib. İfaçı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək ondan yardım istəyib.

Banu

@rizatamerkaleici #antalya #kaleiçi #keşfetteyizzz ♬ orijinal ses - Rıza Tamer