Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak oldu - FOTO

Azərbaycanın Təbriz şəhərindəki baş konsulu avtomobil qəzası nəticəsində ölüb.

May 23, 2026 - 22:45
May 23, 2026 - 22:47
Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak oldu - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib.

“Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki baş konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində dünyasını dəyişməsi xəbəri bizi dərindən sarsıtdı”, - məlumatda deyilir.