Leyla Əliyevanı həmin toya o dəvət edibmiş - VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın Bakıda toy məclisində iştirak etməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

May 24, 2026 - 18:44
Leyla Əliyevanı həmin toya o dəvət edibmiş - VİDEO

Leyla Əliyevanın məcslisdə iştirakı toya əlavə rəng qatıb, cütlüyün və onların yaxınlarının sevincinə səbəb olub.

SAVASHMEDİA.az xəbər verir ki, xitab24.az-ın əldə etdiyi məlumata görə, Leyla Əliyeva məcslisə müəllimi tərəfindən dəvət olunub. Müəllimi qızı Züleyxa ilə kürəkəni Orxanın toy məclisində iştirak etməklə bağlı Heydər Əliyev Fondunun vitse-prezidentinə dəvət göndərib, Leyla Əliyeva isə ailənin şad gününə qatılıb.