Özgür Özel CHP-nin yeni qərargahını ELAN ETDİ - "Bundan sonra buradayıq"

"Biz qərargahımızı və oradakı kabinetlərimizi onlarda gözü olan birinə buraxdıq” 

May 24, 2026 - 21:07
Özgür Özel CHP-nin yeni qərargahını ELAN ETDİ - "Bundan sonra buradayıq"

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özel parlamentə yürüşü zamanı Kamal Kılıçdaroğluna eyham vuraraq deyib.

Özgür Özel CHP-nin bundan sonra harada fəaliyyət göstərəcəyini də açıqlayıb: 

"Qərargahımızı tərk etdik. Amma parlamentdə də otağımız var. Bundan sonra CHP-nin qərargahı oradır".

Bu arada CHP-dən olan deputatların Kılıçdaroğlu ilə görüşmək üçün qərargaha getdiyi, tərəfdarlarının isə Özgür Özələ aid banneri yığışdırdığı bildirilir. Polis CHP-nin mərkəzi qərargahı ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.

Xatırladaq ki, Türkiyə Apelyasiya Məhkəməsi CHP-nin 38-ci qurultayının nəticələrini etibarsız sayaraq partiya rəhbərliyinin Kılıçdaroğluna qaytarılması barədə qərar verib. Partiya rəhbərliyinin bu qərardan verdiyi apellyasiya şikayətləri isə rədd edilib.

Oğuz