Kremlin saytı Putinin həmin görüntülərini sildi - Ona nə olub? + VİDEO
Rusiya Prezidenti Vladimir Putinin səhhəti yenidən gündəm olub.
SAVASHMEDİA.az xəbər verir ki, Putin iştirak etdiyi tədbirlərdən birində ənənəvi üçqat “ura” şüarını səsləndirərkən çətinlik çəkib.
Kadrlarda prezidentin sözləri aydın tələffüz edə bilmədiyi açıq şəkildə duyulub.
Sosial şəbəkələrdə və Qərb media resurslarında geniş yayılan görüntülərin sonradan Kremlin rəsmi resurslarından silinməsi Putinin səhhəti ilə bağlı şübhələri artırıb.
Bir çoxları videonun silinməsinin təsadüf olmadığını, Kremlin Putinin səhhətində problemin yarandığı təəssüratını aradan qaldırmağa çalışdığını diqqətə çatdırıb.
Kreml videonun hansı səbəbdən silindiyinə dair heç bir açıqlama verməyib.
Qeyd edək ki, son illərdə Putinin səhhəti ilə bağlı müxtəlif şayiələr yayılır. Xarici mətbuatda onun ciddi xəstəliklərdən əziyyət çəkdiyi barədə iddialar səslənsə də, bu məlumatlar heç vaxt rəsmi təsdiqini tapmayıb. Kreml isə dəfələrlə prezidentin səhhətinin yaxşı olduğunu və dövlət başçısının iş qrafikini normal şəkildə davam etdirdiyini bəyan edib.
Oğuz