Medvedev bu ölkənin rəhbərini qaçırmağı TƏKLİF ETDİ

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son açıqlaması müzakirələrə səbəb olub. 

Jan 5, 2026 - 14:01
Jan 5, 2026 - 14:02
Medvedev bu ölkənin rəhbərini qaçırmağı TƏKLİF ETDİ

SAVASHMEDİA.az-ın xəbərinə görə, o, Almaniya kansleri Fridrix Mertzin oğurlanmasını təklif edərək, bunun "əla bir dönüş" olacağına inandığını deyib.

Medvedevin sözlərinə görə, o, belə bir ssenarini heç də qeyri-real hesab etmir və bu, mümkündür.

"Neonasist Mertzin qaçırılması bu hadisələr zəncirində böyük bir dönüş ola bilər. Bu, istisna edilə bilməz və  reallaşdırılması qeyri-real deyil", - o yazıb.

Dünən Venesuela Prezidenti Nikolas Maduronun Amerika xüsusi təyinatlıları tərəfindən ələ keçirilməsini şərh edən Dmitri Medvedev bunu "qanunsuz hərəkət adlandırıb.

Bununla belə o, Trampın hərəkətlərini məntiqli saydığını etiraf edib.

"Çünki Tramp ölkəsinin maraqlarını bütün sahələrdə ardıcıl olaraq müdafiə edir. Trampın davranışının açıq-aşkar qanunsuzluğuna baxmayaraq, onun müəyyən bir ardıcıllığa malik olduğunu etiraf etmək lazımdır. O və komandası ölkələrinin milli maraqlarını çox qətiyyətlə müdafiə edirlər", - o qeyd edib.

Oğuz