Putin görüş bitən kimi qəbiristanlığa gedib - SƏBƏB + FOTO

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla görüşündən dərhal sonra Alyaskanın Ankoric şəhəri yaxınlığındakı Fort Riçardson Memorial qəbiristanlığına gedib.

Aug 16, 2025 - 12:13
Putin görüş bitən kimi qəbiristanlığa gedib - SƏBƏB + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, Putin İkinci Dünya müharibəsi zamanı ABŞ-ın Lend-Lease müqaviləsi əsasında müttəfiq dövlətlərə texnika daşıyarkən həlak olmuş sovet pilotları və dənizçilərinin məzarları üzərinə gül dəstələri qoyub, həmçinin Alyaskada pravoslav dini rəsmisi ilə qısa söhbət edib.

Daha sonra Putin Rusiyaya qayıtmaq üçün təyyarəsinə minib.