"Qarabağ" yeni hücumçu aldı - TƏSDİQLƏNDİ

“Omoniya” klubunun hücumçusu Jali Muaddib “Qarabağ”la anlaşıb.

May 12, 2026 - 11:07
"Qarabağ" yeni hücumçu aldı - TƏSDİQLƏNDİ

SAVASHMEDİA.az xəbər verir ki, bu, Kiprin “Omoniya” klubunun üzvü Jali Muaddibdir.

Klubun baş meneceri Giorqos İrakleus məlumatı təsdiqləyib. O, "Sport FM" radiosuna açıqlamasında deyib ki, fransalı vingerlə Ağdam klubu arasında tam razılıq əldə olunub:

"Muaddibin "Qarabağ"la razılaşması var və gələn il bizimlə olmayacaq. Futbolçu aylar əvvəl bizə "Qarabağ"ın ona müraciət etdiyini , lakin liqada qalmaq üçün komandaya sona qədər kömək edəcəyini demişdi". 

Qeyd edək ki, Jali Muaddibin “Omoniya” ilə sözləşməsi mövsümün sonunda başa çatacaq. 25 yaşlı futbolçu bu mıvsüm Kipr klubunda 31 oyuna 4 qol vurub, 7 qol ötürməsi edib.

Oğuz