Ramazanın ilk gününün imsak, iftar və namaz vaxtları - DUA
Sabah ramazan ayının ilk günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı ramazan təqviminə əsasən, fevralın 19-da imsak vaxtı saat 06:04-də, iftar vaxtı isə saat 18:34-dədir.
Fevralın 19-u üçün namaz vaxtları:
Sübh azanı 06:09
Zöhr azanı 12:55
Əsr azanı 16:38
Məğrib azanı 18:34
İşa azanı 19:35
Birinci günün imsak duasını təqdim edirik:
"Allahumməc'əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və'fu ənni ya a'fiyən ənil-mucrimin!".
Tərcüməsi:
"Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə namazlarımı həqiqi namaz qılanların namazlarından et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla, ey aləmdəkilərin məbudu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!"
İftar duası:
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".
Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"
Allah orucunuzu qəbul eləsin!