Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ - Güclü külək
Mayın 12-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
SAVASHMEDİA.az xə\bər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Daşkəsən, Goranboy, Naftalan, Gəncə, Kəlbəcər, Laçın, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.