"Fəlakət" Vasif Talıbovun oğlunun fotosunu niyə paylaşdı? - FOTO
"Fəlakət” obrazı ilə tanınmış aktyor Elşən Orucov bu dəfə sosial şəbəkə hesabındakı paylaşımı ilə gündəmə gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, aktyor general Rza Talıbovla çəkilmiş fotosunu paylaşaraq onu doğum günü münasibətilə təbrik edib.
Məlumat üçün qeyd edək ki, Rza Talıbov Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi və 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviridir. O, həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğludur.
Aktyorun dövlət rəsmisi ilə görüntüsü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Aytən