Saxlanıldıqdan sonra huşunu itirən Köçəryan xəstəxanaya aparıldı - Yüksək TƏZYİQ

Ermənistanın sabiq prezidenti Robert Köçəryan saxlanılmasından sonra huşunu itirib və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Aug 25, 2026 - 15:25
Saxlanıldıqdan sonra huşunu itirən Köçəryan xəstəxanaya aparıldı - Yüksək TƏZYİQ

SAVASHMEDIA.az xəbər verir ki, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, Köçəryanın saxlanıldığı vaxt yüksək arterial təzyiq qeydə alınıb. 

Bundan sonra təcili tibbi yardım çağırılıb və sabiq prezident tibbi müayinə üçün xəstəxanaya yerləşdirilib.

Köçəryan avqustun 25-də korrupsiya ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb. İstintaqın məlumatına görə, sabiq prezident və onunla əlaqəli şəxslər dövlət əmlakının müxtəlif yollarla bazar qiymətindən xeyli aşağı qiymətə əldə edilməsində, həmçinin həmin əmlakların sonrakı dövriyyəsində qanunsuzluqlara yol verməkdə şübhəli bilinirlər.

İş üzrə Köçəryanın böyük oğlu Sedrak Köçəryan da daxil olmaqla bir neçə nəfər saxlanılıb. İstintaq orqanları Köçəryana qarşı rüşvət, vəzifədən sui-istifadə və çirkli pulların yuyulması ilə bağlı ittihamlar irəli sürüldüyünü bildirirlər.

Onun xəstəxanadan nə vaxt buraxılacağı və bundan sonra istintaq tədbirlərinin necə davam etdiriləcəyi barədə hələlik əlavə məlumat verilməyib.

Aytən