Sərdar Cəlaloğlu kürdlər haqqında nə deyib? - "Ronahi" cəza tələb edir

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun kürdlərlə bağlı səsləndirdiyi fikirlər etirazlara səbəb olub.

Jul 14, 2026 - 14:21
Jul 14, 2026 - 14:25
Sərdar Cəlaloğlu kürdlər haqqında nə deyib? - "Ronahi" cəza tələb edir

SAVASHMEDİA.az xəbər verir ki, partiya sədrinin açıqlamalarına etiraz edən "Ronahi" Kürd Mədəniyyət Mərkəzi bəyanat yayaraq Sərdar Cəlaloğlunun cəzalandırılmasını tələb edibn.

Sözügedən bəyanatda partiya sədrinin fikirləri "kürd xalqına qarşı təhqir" kimi dəyərləndirilib.

"Ronahi" Kürd Mədəniyyət Mərkəzi hesab edir ki, Sərdar Cəlaloğlunun çıxışı Azərbaycanda yaşayan kürdlərin milli kimliyini hədəfə alır və etnik zəmində qarşıdurma yaratmağa hesablanıb. Mərkəzin sədri Zabit Məmmədovun fikrincə, bu cür yanaşma ölkədə mövcud olan multikultural dəyərlərə ziddir və aidiyyəti dövlət qurumları məsələ ilə bağlı tədbir görməlidir.

ADP sədri "Ronahi"nin ittihamlarına münasibət bildirməyib. 

Qeyd edək ki mübahisə Sərdar Cəlaloğlunun xarici media platformalarından birinə verdiyi müsahibədən sonra başlayıb. Sosial şəbəkələrdə yayılan videoda onun "tarixdə kürd deyə bir millət olmayıb" dediyi məlum olub. Cəlaloğlu həmçinin kürdlərin etnik mənşəyi ilə bağlı müxtəlif tarixi iddialar səsləndirib və fikirlərində bir əsr əvvəl Bağdadda fəaliyyət göstərmiş bir generalın qeydlərinə istinad edərək əsaslandırmağa çalışıb.

Oğuz