Tramp Zelenskiyə məktub yazdı - "Mübarizənizi dəstəkləyirik"

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenskini və ukraynalıları avqustun 24-də qeyd olunan Müstəqillik Günü münasibətilə təbrik edib.

Aug 24, 2025 - 13:28
Tramp Zelenskiyə məktub yazdı - "Mübarizənizi dəstəkləyirik"

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ prezidenti Ukrayna xalqının sarsılmaz ruha malik olduğunu bildirərək Ukraynanın cəsarətinin çoxları üçün ilham mənbəyinə çevrildiyini vurğulayıb:

"Bu mühüm günü qeyd edərkən, bilin ki, Birləşmiş Ştatlar sizin mübarizənizə, fədakarlığınıza hörmət edir və müstəqil bir millət kimi gələcəyinizə inanır", - o əlavə edib.

"Hörmətli cənab Prezident, Amerika xalqı adından müstəqilliyin 34-cü ildönümünü qeyd etdiyiniz zaman Sizə və cəsarətli Ukrayna xalqına təbriklərimi və ən xoş arzularımı çatdırıram. Birləşmiş Ştatlar davamlı sülh gətirəcək, qan tökülməsinə son verəcək, Ukraynanın suverenliyini və ləyaqətini qoruyacaq danışıqlar yolu ilə həlli dəstəkləyir", - Trampın bəyanatında deyilir.

Ukrayna prezidenti Vladimir Zelenski öz növbəsində Trampa təbrikinə görə təşəkkür edib: “Ukrayna xalqına dediyiniz xoş sözlər üçün təşəkkür edirik və ABŞ-a Ukrayna ilə yanaşı dayanaraq, ən qiymətli şeyi – müstəqilliyi, azadlığı və təminatlı sülhü müdafiə etdiyinə görə təşəkkür edirik”.

Aytən İbrahimova