Zelenski Alyaska görüşünün nəticələrini tanımayacağını BƏYAN ETDİ 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında avqustun 15-də Alyaskada baş tutacaq danışıqlara münasibət bildirib.

Aug 12, 2025 - 18:43
Zelenski Alyaska görüşünün nəticələrini tanımayacağını BƏYAN ETDİ 

SAVASHMEDİA.az-ın xəbərinə görə, Zelenski Ukrayna haqqında Ukraynasız keçirilən bu danışıqların nəticələrini tanımayacağını bəyan edib:

"Bu görüş bəlkə də onların ikitərəfli münasibətləri baxımından vacib ola bilər, lakin onlar Ukraynanın iştirakı olmadan Ukrayna ilə bağlı heç bir qərar qəbul edə bilməzlər. Danışıqlara gəlincə, istənilən halda, onlar liderlər səviyyəsində vacibdir. Amma Ukraynasız Ukraynadan danışmaq mümkün deyil və heç kim bunu qəbul etməyəcək. Ona görə də, ABŞ prezidenti ilə Putin arasında söhbət onların ikitərəfli əlaqələri baxımından vacib ola bilər. Lakin onlar bizsiz Ukrayna ilə bağlı heç nəyi qəbul edə bilməzlər", - Zelenski gənclər forumunda deyib.

Prezident əlavə edib ki, Rusiya və Ukrayna liderləri səviyyəsində görüş olacaq, lakin tarix məlum deyil.

Oğuz