71 yaşlı Roma Papası əməliyyat olunacaq - Ağciyərdə ŞİŞ
Roma Papası XIV Leo ağciyərində aşkarlanan düyünün götürülməsi üçün yaxın günlərdə əməliyyat olunacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Papa oktyabrın 11-də Müqəddəs Pyotr meydanında keçirilən ənənəvi bazar günü çıxışında deyib.
71 yaşlı pontifikin sözlərinə görə, düyün son tibbi müayinələr zamanı aşkarlanıb və erkən mərhələdə müəyyən edilib. Həkimlər cərrahi müdaxiləni məqsədəuyğun hesab ediblər.
Papa həkimlərin tövsiyəsinə əməl edərək əməliyyat olunmağa qərar verdiyini bildirib.
Vatikanın mətbuat xidmətinin məlumatına görə, əməliyyatın Romanın Gemelli xəstəxanasında keçirilməsi, bərpa müddətinin isə təxminən bir həftə çəkəcəyi gözlənilir.
Qeyd edək ki, düyünün xoşxassəli və ya bədxassəli olması barədə hələlik rəsmi məlumat yoxdur.
Oğuz