Aİ yenə də İsraildən narazıdır
Avropa İttifaqı (Aİ) İsrailin Qəzzaya ərzaq və dərman çatdırmasında irəliləyişini “son dərəcə qeyri-kafi” hesab edir
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
“Qeyd etmək lazımdır ki, irəliləyiş var. Lakin bu, ideal ssenaridən uzaqdır və hələ də son dərəcə qeyri-kafidir. İsrail QHT-lərə və tərəfdaşlarımıza bir sıra inzibati problemlər və məhdudiyyətlər sırıyır”, - deyə Avropa Komissiyasının sözçüsü vurğulayıb.
O, əlavə edib ki, hava daşınması həll yolu deyil. “Daha böyük miqyasda təmin etmək üçün Qəzzada tam çıxışa ehtiyacımız var”, - deyə Avropa Komissiyasının nümayəndəsi bildirib.
Xatirə SADİQ