“Analar Günü” təbriki başına bəla oldu - Məşhur aparıcı İŞDƏN QOVULDU + VİDEO
“TRT 1” kanalının xəbərlər proqramının aparıcısı Işıl Açıkkarın “Analar Günü” münasibətilə canlı efirdə səsləndirdiyi fikirlər etirazlara səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, mayın 10-da yayımlanan xəbər buraxılışının sonunda aparıcı “Analar Günü” ilə bağlı çıxış edib.
O, anaları təbrik etdikdən sonra övladlığa uşaq götürən, övlad sevgisini heyvanlara verən qadınları da unutmayıb:
“Çox istədiyi halda övlad sahibi ola bilməyib ürəyindən daşan mərhəməti, sevgini bir çiçəyə, ağaca, pəncəli canlara verənlərin, itini, pişiyini “balam” deyərək bağrına basanların, qoruyucu analıq edənlərin, övladlığa uşaq götürüb onu “övladım” deyərək bağrına basanların da “Analar Günü” qutlu olsun. Allah məni hələ bir insan övladla mükafatlandırmayıb, amma məni səssiz qullarına xidmət etməklə, onlara analıq etməklə şərəfləndirib. Mən də bir pəncəlinin (patilinin) anasıyam. Mən canım anamı 4 il öncə “Analar Günü”dən sonra itirmişəm”.
Açıkkarın ev heyvanlarına sevgini vurğuladığı çıxış qısa müddətdə sosial mediada yayılıb. Bir qrup istifadəçi aparıcının fikirlərini dəstəkləyərək onun heyvanlara qayğı mesajını müsbət qiymətləndirib. Digər istifadəçilər isə bu ifadələrin “Analar Günü kontekstinə uyğun olmadığını bildirərək onu sərt tənqid ediblər.
Bu hadisədən sonra “TRT” rəhbərliyinin Işıl Açıkkarı vəzifəsindən azad etdiyi bildirilib. Lakin kanal məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Banu
Посмотреть эту публикацию в Instagram