DÇ-2026-nın kubokunu Tramp təqdim edəcək - FİFA prezidentindən TƏSDİQ
FİFA prezidenti Canni İnfantino ABŞ Prezidenti Donald Trampla münasibətləri və 2026-cı il Dünya Çempionatındakı əməkdaşlıqları barədə açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, İnfantino Donald Trampla müntəzəm əlaqə saxladığını və turnir barədə tez-tez fikir mübadiləsi apardıqlarını bildirib.
FİFA prezidenti ABŞ liderinin dünya çempionatını yaxından izlədiyini deyib:
"Bəli, biz müntəzəm əlaqə saxlayırıq. Demək olar ki, hər gün danışırıq. O, turnirdən razıdır və oyunlardan böyük zövq alır. Bütün oyunları televizordan izləyir".
İnfantino həmçinin Dünya Çempionatının finalında Trampın iştirak edəcəyinə ümid etdiyini bildirib:
"Ümid edirəm ki, finalda kuboku birlikdə təqdim edəcəyik. Hər halda planımız belədir".
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il Dünya Çempionatının final oyunu iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatındakı "MetLife" stadionunda keçiriləcək.
Oğuz