Ərdoğan Trampa zəng edib Maduronu təriflədi - Özündən AÇIQLAMA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.

Jan 5, 2026 - 22:56
Ərdoğan Trampa zəng edib Maduronu təriflədi - Özündən AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə lideri bu açıqlamanı hökumət iclasından sonra verib. 

Onun sözlərinə görə, söhbət zamanı Ankara Venesueladakı vəziyyət də daxil olmaqla bir sıra həssas mövzularla bağlı mövqeyini Vaşinqtona çatdırıb.

Türkiyə prezidenti vurğulayıb ki, Ankara Venesuela Prezidenti Nikolas Maduroya və onun xalqına dəstəyini davam etdirir. 

"Türkiyə və xalqı dost Venesuela xalqının yanında olmağa, onların inkişaf etdirilməsi və rifah halının yaxşılaşdırılması səylərini dəstəkləməyə davam edəcək. Maduro və Venesuela xalqı Türkiyə ilə dostluqlarını dəfələrlə təsdiqləyiblər", - bildirib.

Ərdoğan həmçinin əlavə edib ki, Türkiyə və Venesuela uzun illərdir, o cümlədən hər iki ölkə üçün çətin dövrlərdə həmrəyliyə üstünlük veriblər. Venesuela liderinin ABŞ tərəfindən saxlanılmasına münasibət bildirən Ərdoğan deyib ki, dövlətlərin suveren hüquqlarının və beynəlxalq hüququn pozulması qlobal səviyyədə ciddi fəsadlara səbəb ola biləcək riskli bir addımdır:

"Gücün və qüdrətin qanunun aliliyindən üstün olduğu bir dünyada qeyri-sabitlik, böhranlar və münaqişələr qaçılmazdır. Türkiyə beynəlxalq hüququ pozan heç bir hərəkəti qəbul etmir". 

Oğuz