Fərəh Pəhləvi xalqa müraciət etdi - MƏTN + FOTO
İranın sonuncu şahının əslən azərbaycanlı olan həyat yoldaşı, Rza Pəhləvinin anası Fərəh Pəhləvi xalqa müraciət edib.
SAVASHMEDİA.az xəbər verir ki, Fərəh Pəhləvi xalqa müraciətində tezliklə azadlığı və qələbəni birgə bayram edəcəklərinə inandığını ifadə edib.
"İşıq qaranlığa qalib gələcək. Tezliklə İranda azadlığı birlikdə bayram edəcəyik", - Fərəh Pəhləvi əlavə edib.
Onun sözlərinə görə, rejim insanların səsinin eşidiləcəyindən qorxaraq interneti və digər ünsiyyət vasitələrini kəssə də, etirazçıları susdurmaq mümkün olmayacaq.
O həmçinin etirazçıların ölümünü əks etdirən görüntülərin ona dərin ağrı verdiyini qeyd edib.
F. Pəhləvi qurbanların ailələrinə başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzulayıb.
İran silahlı qüvvələrinə də müraciət edən Fərəh Pəhləvi onları xalqın yanında olmağa çağırıb və heç bir səbəbin onların həmvətənlərini öldürüməsinə haqq qazandırmayacağını vurğulayıb.
Səlcuq
Məhəmməd Rza Pəhləvi ilə Fərəh Dibanın toyu 1959-cu il