"Haraya baxsalar, İmamoğlunu görəcəklər" - Gənclər yeni aksiyaya başladı
Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) “İmamoğlu hər yerdə” adlı kampaniyaya başlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, kampaniya İstanbul Baş Prokurorluğunun İmamoğlunun səsi, şəkilləri ilə hazırlanan bütün məzmunların ictimai nəqliyyatda qadağan olunmasına cavab olaraq partiyanın gənclər təşkilatları tərəfindən başladılıb.
Kampaniyaya əsasən, bayraq, döş nişanı, tişörtlərdə İBB sədri Əkrəm İmamoğlunun şəkli olacaq, İmamoğlunun stikerləri hazırlanacaq.
“Haraya baxsalar, bizi görəcəklər, milyonlarla Əkrəm İmamoğlu var. İmamoğlu hər yerdədir” – CHP Gənclər Təşkilatlarının yaydığı məlumatda bildirilib.
Banu