Həbsdəki komediyaçı İmamoğluya salam göndərdi - "Görəsən, məndən inciməyib?"
Həbs edilmiş komediyaçısı Deniz Göktaşın həbsxanadan İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən uzaqlaşdırılmış sədri Əkrəm İmamoğluya göndərdiyi salam və aldığı cavab gündəm olub.
SAVASHMEDİA.az xəbər verir ki. CHP sədri Özgür Özel həbsxanada Deniz Göktaşı ziyarət etdikdən sonra jurnalist İsmail Saymaza müsahibə verib.
Saymazın "Deniz Göktaş İmamoğlu haqqında da zarafatlar etmişdi, söhbətdə bu mövzu açıldımı?" sualına Özel belə cavab verib:
"Göktaş zarafatlarının İmamoğlunu incidib-incitmədiyini soruşdu. Ona dedim ki, İmamoğlunu çox yaxından tanıyıram, o belə şeylərdən inciməz. Əksinə, bundan böyük zövq alıb'".
Özelin sözlərinə görə Göktaş İmamoğluna salam da göndərib. İmamoğlu isə bu salama belə cavab verib: "Zarafatları çox xoşuma gəldi, yumoru möhtəşəm idi. Heç nədən narahat olmasın".
Səlcuq