Hicaba görə istefa verdiyi deyilən direktorla bağlı RƏSMİ AÇIQLAMA

Bakıda məktəb direktorunun hicabla bağlı müzakirələr fonunda işdən çıxdığı barədə məlumat yayılıb.

Oct 10, 2026 - 16:06
Hicaba görə istefa verdiyi deyilən direktorla bağlı RƏSMİ AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, söhbət Əmirəhməd Quliyev adına 121 nömrəli tam orta məktəbin direktoru Zaur Yusifovdan gedir.

Məktəbin rəsmi “Facebook” səhifəsi bu məlumatları təkzib edib. 

“Sözügedən məlumat yanlış və əsassızdır. Direktor öz vəzifəsinin icrasını davam etdirir. İctimaiyyəti yalnız məktəbin rəsmi mənbələrində yayımlanan məlumatlara istinad etməyə çağırırıq”.

Aytən