“Nobeli mənə niyə vermədiniz? Onu heç kim tanımır” – Tramp Norveçi HƏDƏLƏDİ

ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatının ona verilməməsinə görə Norveçə xəbərdarlıq edib.

Oct 10, 2026 - 12:38
Oct 10, 2026 - 12:50
“Nobeli mənə niyə vermədiniz? Onu heç kim tanımır” – Tramp Norveçi HƏDƏLƏDİ

SAVASHMEDİA.az xəbər verir ki, Tramp 2026-cı il Nobel Sülh Mükafatının 85 yaşlı insan hüquqları müdafiəçisi Navi Pillaya verilməsinə münasibət bildirərkən qərarı "Norveçin silinməz ləkəsi” adlandırıb.

“Mənim timsalımda prezidenti olduğum ABŞ Nobel Sülh Mükafatına layiq görülməli idi, lakin mükafat bizə verilmədi”, - Tramp bildirib.

O, Nobel Komitəsini tənqid edərək bildirib: “Nobel Sülh Mükafatı demokratiya əleyhinə olan və sivilizasiyanın düşmənləri sayılan bir neçə radikal ideoloq tərəfindən birdəfəlik nüfuzdan salınıb”.

Tramp laureat Navi Pillay barəsində isə “onu heç kim tanımır. Mən onun adını heç vaxt eşitməmişəm” ifadəsini işlədib.

ABŞ Prezidenti çıxışında Norveçə də mesaj göndərib: “Norveç, bunu unutmayacağıq”.

Oğuz