Tibb bacılarının evlərdə iynə vurmasına qadağa -  AÇIQLAMA

Tibb bacılarının evlərdə iynə vurmalarına icazə yoxdur.

Dec 19, 2025 - 14:14
Tibb bacılarının evlərdə iynə vurmasına qadağa -  AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqdə deyib.

O bildirib ki, Bəzi kəndlərdə tibb məntəqəsi olmadığı halda, tibb bacısı evdə iynə vurur:

"Ev tibb bacısının xidmət verəcəyi ərazi deyil. Bəzi kəndlərdə tibb məntəqəsi olmadığı halda, tibb bacısı evdə iynə vurur. Buna icazə yoxdur. Tibb bacısının ilkin yardım üçün əlində zəruri avadanlıqlar, dərman vasitələri olmalıdır. Bunlar olmadan tibb bacısının xəstəyə iynə vurması ciddi həyati təhlükələrə gətirib çıxara bilər. Gələcək planlarda bütün bölgələrdə tibb məntəqələrinin qurulması planlaşdırılır".

Aytən