Tramp Müctəba ilə bağlı anlaşılmaz DANIŞDI - "90 faiz məhv edilib" nə deməkdir?
ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri Müctəba Xamenei ilə bağlı maraqlı və anlaşılmaz açıqlama verib.
SAVASHMEDIA.az xəbər verir ki, Tramp "Fox News" telekanalına bu gün verdiyi müsahibədə Müctəba Xameneinin sağlıq durumu ilə bağlı da sensasion iddia səsləndirib.
ABŞ prezidenti eyni zamanda bildirib ki, İranın donanması və hərbi hava qüvvələri faktiki olaraq yoxdur:
"Onların donanması yoxdur. Hava qüvvələri yoxdur. Hava hücumundan müdafiə sistemi məhv edilib. Ən yaxşı rəhbərləri öldürülüb... Müctəba Xamenei isə 90 faiz məhv edilib".
Tramp "90 faiz məhv edilib" ifadəsi ilə nəyi nəzərdə tutduğunu açıqlamayıb və bu iddiasını təsdiqləyən hər hansı sübut təqdim etməyib.
İran rəsmiləri isə bu bəyanata münasibət bildirməyiblər.
Oğuz