Tramp ölkəsini NATO-dan çıxarıb Türkiyəni vuracaq? - İsraillə ortaq PLAN
"Ölkəsinin İran əməliyyatına etiraz əlaməti olaraq istefaya getmiş ABŞ-nin yüksək təhlükəsizlik rəsmisi sensasion açıqlama ilə çıxış edib".
SAVASHMEDİA.az xəbər verir ki, bunu ReAl partiyasının sabiq sədri, siyasətçi İlqar Məmmədov yazıb.
Politoloq qeyd edib ki, ABŞ-nin sabiq rəsmisinin yazdıqları doğru çıxsa, Azərbaycan seçim qarşısında qalacaq:
"ABŞ-nin keçmiş təhlükəsizlik rəsmisi bu gün yazıb ki, ABŞ NATO-dan qarşıdakı İsrail–Türkiyə münaqişəsində İsrailin tərəfini tutmaqdan ötrü ayrılmağa çalışır. Ay yarım əvvəl isə İsrailin keçmiş və ola bilər ki, həm də gələcək Baş naziri Naftali Bennett də dedi ki, növbəti hədəf məhz Türkiyədir. Bu fikirlər doğru çıxsa, Azərbaycan ən yaxın gələcəkdə özünün iki müttəfiqi arasında seçim etməli olacaq".
İlqar Məmmədov
Məlumat üçün bildirək ki, son günlər ABŞ-nin NATO-dan çıxacağı ilə bağlı müzakirələr səngimək bilmir.
Ağ Evin mətbuat katibi Karolin Levitin son açıqlamasından sonra isə mövzu daha da aktuallaşıb. O, açıq şəkildə bəyan edib ki, Amerika lideri NATO-nun baş katibi ilə ABŞ-nin alyansdan mümkün çıxması variantını müzakirə edəcək.
Bundan bir qədər öncə isə ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-dan çıxmaq istədiyini etiraf etmişdi.
O, öz mövqeyini Hörmüz boğazı ətrafında baş verənlərlə bağlı müttəfiqlərinin dəstəyinin olmaması ilə əlaqələndirib.
Oğuz