Ukraynadan Trampa ŞİLLƏ KİMİ CAVAB - Zelenskinin getmək vaxtıdır?
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ABŞ Prezidenti Donald Trampın Ukraynada yeni prezident seçkilərinin keçirilməsinin vaxtının çatması barədə açıqlamasına münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Sibiqa Zelenskinin Ukrayna xalqı tərəfindən dəstəkləndiyini bəyan edib.
“Volodimir Zelenski müstəqillik, azadlıq və ləyaqət uğrunda müharibədə millətimizə rəhbərlik edir. O, Ukrayna xalqının dəstəyinə sahibdir. Xaricdən gələn açıqlamalar yalnız onun öz işini yaxşı yerinə yetirdiyini təsdiqləyir”, - Andrey Sibiqa bildirib.
Qeyd edək ki, Donald Tramp oktyabrın 10-da jurnalistlərə açıqlamasında Ukraynanın yeni lider seçməli olduğunu deyib. ABŞ prezidenti Zelenskini Rusiya ilə razılaşma əldə edə bilməməkdə ittiham edib.
Oğuz