"Fənərbağça" klubunun ofisində polis əməliyyatı - ONU TUTDULAR

“Fənərbağça” klubunun prezidenti Sadettin Saran yenidən saxlanılıb.

Dec 24, 2025 - 22:36
Dec 24, 2025 - 23:35
"Fənərbağça" klubunun ofisində polis əməliyyatı - ONU TUTDULAR

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilir ki, şübhəli Steven Sadettin Saran haqqında davam edən istintaq çərçivəsində, əldə edilən əlavə dəlillərə əsasən, İstanbul Vilayət Jandarma Komandanlığı qrupları tərəfindən narkotik maddələrin tədarükü, istifadəsinə kömək və narkotik maddələrdən istifadə ittihamları ilə saxlanılıb. Ona qarşı cinayət işi açılıb.

S.Saranın saxlanılmasından sonra “Fənərbağça” İdman Klubu bəyanat yayıb. Bəyanatda Saranın klubun ofisində saxlanıldığı və vəkillərin onu müşayiət etdiyi bildirilib.

Xatırladaq ki, S.Saranın açıqlanan narkotik testi nəticələrində saçında kokain tapıldığı bildirilmişdi. Nəticələri qəbul etməyən Saran bu gün müstəqil analiz mərkəzində yenidən eyni testləri verdiyini açıqlamışdı.

Banu

Sadettin Saran