"Kılıçdaroğlunun zəngini açmadım, nə danışacaqdıq ki..." - Özgür Özel

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel ötən gün verilən məhkəmə qərarından sonra mətbuat konfransı keçirib.

May 22, 2026 - 01:43
"Kılıçdaroğlunun zəngini açmadım, nə danışacaqdıq ki..." - Özgür Özel

SAVASHMEDİA.az xəbər verir ki, əvvəlcə xalqa səslənən Ö.Özel mübarizələrindən dönməyəcəklərini təhdidlər və məcburiyyətlər qarşısında “Ata ocağı”nı tərk etməyəcəklərini bildirib. 

Partiya sədri daha sonra jurnalistlərin suallarına cavablandırıb.

“Kamal Kılıçdaroğlu ilə danışmısınızmı və ya sizə zəng edərsə, danışarsınızmı? sualına Özgür Özel belə reaksiya verib:

“Əvvəlcə gərgin iclas keçirdik. Sonra siyasi partiyaların əvvəlki sədrlərinin ziyarətləri oldu. Zəng edənlər arasında Kamal Kılıçdaroğlu da var idi. Onun zənginə hələ cavab verməmişəm. Nədən danışacaqdıq ki? Bu gün məhkəmənin qərarına hörmət etdiyini deyən bir millət vəkilini artıq cəzalandırmışıq. Buna görə də mən cənab Kılıçdaroğlunun əvvəllər şanla, şərəflə seçildiyi CHP sədrliyi kreslosuna AKP-nin məhkəmə sistemi vasitəsilə qayıtmasına ehtimal belə vermək istəmirəm. Ancaq bəzi açıqlamaları, yanaşmaları buna işarə edir. Ona görə də bu gecənin psixologiyası ilə zəngə cavab verməyin mənası yoxdur. Əgər həmin zəng məhkəmənin qərarına güzəştə getmək və ya uzlaşmaqla bağlıdırsa, mən buna razı olmaram, uzlaşa bilmərəm. Bu qərarla uzlaşsam, xalqla uzlaşa bilmərəm. Ancaq K.Kılıçdaroğlu partiyamızın əvvəlki sədrlərindəndir. Əlbəttə ki, zənginə bir şəkildə cavab veriləcək və fikirlərimiz çatdırılacaq. Onun ləğv qərarını qanuni qəbul edəcəyimi düşünəcəyini gözləmirəm. Bunun xaricində danışa bilərik. Bu hadisələr baş verməsə idi, mən Kılıçdaroğluya bayramda özüm zəng edəcəkdim. Partiyamızın sabiq sədri olub. Aramızda gərginlik olsun istəmərəm”.

Xatırladaq ki, dünən Ankara Məhkəməsi Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib. Qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. CHP Mərkəzi İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib. Özgür Özel partiya üzvlərini Baş Qərargaha çağırıb.

Banu