“Nə Tramp, nə Putin "odboy" vermək istəyib, axırda telefonu eyni anda bağlayıblar” - Uşakov

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığının maraqlı detalları açıqlanıb. 

Oct 11, 2026 - 14:05
“Nə Tramp, nə Putin "odboy" vermək istəyib, axırda telefonu eyni anda bağlayıblar” - Uşakov

SAVASHMEDİA.az xəbər verir ki, söhbətin sonunda liderlərdən heç biri telefonu ilk bağlamaq və danışığı bitirmək istəməyib. 

Bu barədə açıqlama verən Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, oktyabrın 9-da baş tutan danışıq 1 saat yarım davam edib və səmimi atmosferdə keçib.

Uşakov bildirib ki, hər iki lider söhbəti davam etdirməkdə maraqlı olub. Onun sözlərinə görə, Tramp Putinlə söhbətini həmin axşam, gecə, hətta ertəsi gün də davam etdirə biləcəyini deyib.

Kremlin nümayəndəsi qeyd edib ki, sonda prezidentlər telefonu eyni vaxtda bağlayıblar.

Telefon danışığında Ukraynadakı müharibə, sülh danışıqlarının perspektivləri və Rusiyanın dizel yanacağının ABŞ və dünya bazarlarına tədarükü məsələləri müzakirə olunub. Tərəflər yanacaq tədarükü ilə bağlı razılığa gəliblər. 

Oğuz