Rusiyadan 4,8 milyon ton dizel alacaq - Tramp Putinlə razılaşdı
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə dizel yanacağının tədarükü barədə razılığa gəldiyini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Rusiya dərhal 300 min tondan çox, noyabrda əlavə 500 min ton, sonrakı mərhələdə isə daha 1 milyon ton dizel yanacağını dünya bazarına çıxaracaq.
Bundan əlavə, qısa müddətdə daha 3 milyon ton dizelin tədarükü nəzərdə tutulur. Beləliklə, ümumi həcm 4,8 milyon tona çata bilər.
Tramp bu addımın yanacaq qiymətlərinin aşağı düşməsinə kömək edəcəyini bildirib. ABŞ Maliyyə Nazirliyi isə Rusiya dizelinin bazara çıxarılması üçün müvəqqəti icazə verib.
Səlcuq