Erməni qadın "konum" ataraq Nəsimi Musayevi yanına çağırıb? - “Gəl bizə!”
Ermənistan ərazisinə keçdikdən sonra saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı yeni iddia səsləndirilib.
SAVASHMEDİA.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev musavat.com-a müsahibəsində Musayevin Ermənistanın Şaki kəndinə getməsinin ilginc səbəbini açıqlayıb.
Ekspertin sözlərinə görə, Ani adlı erməni qadın hərbçiyə “Instagram” vasitəsilə məkan göndərərək onu yanına dəvət edib.
“Əsgərə “Instagram”da məkanı o yollayıb ki, gəl bizə!”, - Ədalət Verdiyev bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın Sünik vilayətinin Şaki kəndində saxlanılıb. Hadisə ilə bağlı Ermənistan tərəfi müxtəlif açıqlamalar verib, hərbçinin Azərbaycana qaytarılması məsələsi də müzakirə olunur.
Oğuz