Tramp İsraildədir - Netanyahu və İsrail prezidenti qarşıladı

ABŞ Prezidenti Donald Tramp bu gün səhər saatlarında İsrailə səfər edib.

Oct 13, 2025 - 12:40
Tramp İsraildədir - Netanyahu və İsrail prezidenti qarşıladı

SAVASHMEDİA.az İsrail KİV-nə istinadən xəbər verir ki, onu Ben-Qurion hava limanında İsrail Prezidenti İshak Hersoq, Baş nazir Benyamin Netanyahu və xanımı Sara, həmçinin Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff, kürəkəni Cared Kuşner və qızı İvanka Tramp qarşılayıblar. 

Amerika liderinin gəlişi Qəzza zolağında girovların azad edilməsi prosesinin başlanmasına təsadüf edib.

Təntənəli qarşılama mərasimindən sonra Tramp Netanyahunu və həyat yoldaşını Qüdsə səfər etmək üçün avtomobilinə dəvət edib. 

Onun bu gün Knessetdə çıxışı və girovların ailələri ilə görüşləri planlaşdırılır. Plenar iclasda ABŞ prezidenti, İsrailin Baş naziri, Knessetin spikeri və müxalifət liderləri çıxış edəcək.

Trampın səfəri qısa olacaq və Bakı vaxtilə təxminən saat 14:00-da başa çatacaq. Bundan sonra o, Qəzza zolağı üzrə sazişin imzalanma mərasimində iştirak etmək üçün Şarm əl-Şeyxə yollanacaq.

Xatirə SADİQ