Xalq artisti süni nəfəs aparatına qoşuldu, durumu kritikdir - TƏBİB

Xalq artisti Arif Babayevin son vəziyyəti açıqlanıb.

Jul 24, 2025 - 16:34
Xalq artisti süni nəfəs aparatına qoşuldu, durumu kritikdir - TƏBİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 23-ü, saat 17:30-da Xalq artisti Arif Babayev kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Pasiyent dərhal intubasiya olunaraq, süni tənəffüs dəstəyi ilə təmin olunub. Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir. Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır", - deyə məlumatda bildirilir.

Xalq artisti Arif Babayev