Mourinyo söz verib - "Benfika"ya uduzsaq, gedəcəyəm

Jose Mourinyo "Fənərbağça" klubundan ayrıla bilər.

Aug 26, 2025 - 00:49
Mourinyo söz verib - "Benfika"ya uduzsaq, gedəcəyəm

SAVASHMEDİA.az-ın xəbərinə görə, bu iddia ilə İngiltərə mediası çıxış edib.

İddialara görə, "Nottingham Forest" klubunun sahibi Evangelos Marinakis klubun hazırkı baş məşqçisi Nuno Espirito Santo ilə yolları ayırmağa hazırlaşır.

Onun komandanın sükanı arxasında görmək istədiyi şəxs isə "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyodur.

Məlumata görə,  indi tərəflərin bütün diqqəti "Fənərbağça"nın UEFA Çempionlar Liqasında "Benfika" ilə oyununa yönəlib. Rəsmi təklifin məhz həmin matçdan sonra göndəriləcəyi gözlənilir.

"Fənərbağça"nın "Benfika"ya məğlub olacağı halda Joze Mourinyonun təklifə müsbət cavab verəcəyi bildirilir.

Aytən İbrahimova