Poroşenko Telegrama qarşı hərəkətə keçməyə çağırdı
Ukraynanın xalq deputatı və ölkənin keçmiş prezidenti Pyotr Poroşenko Telegram messencerinin Ukraynada qadağan edilməsinə çağırış edib.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Poroşenko bu təklifi Ali Radada çıxış edərkən səsləndirib.
O, bu mövqeyini Telegram messencerindən Ukraynaya qarşı terror aksiyalarının təşkili üçün istifadə edilməsi ilə izah edib.
“Ali Rada, Lvov və bütün Ukrayna görkəmli ukraynalı, əsl qəhrəman Andrey Parubiylə vidalaşdı. Dünən cənab Andriyə ehtiram göstərən hər kəsə təşəkkür etmək istəyirəm. O, bu parlamenti birləşdirməyi bacaran insan idi. Və hətta ölümü ilə belə hamımızı birləşdirdi. O, Ukrayna uğrunda mübarizə aparmış insan idi və mübaliğəsiz deyə bilərəm ki, o, Ali Radanın ən yaxşı rəhbəri olub. Bunu hamımız etiraf edirik”, - deyə Poroşenko vurğulayıb.
Keçmiş prezidentin sözlərinə görə, hüquq-mühafizə orqanları Parubiyin qətlinin Telegram vasitəsilə təşkil olunduğunu sübuta yetirib.
“Bizə təkcə danışmaq yox, həm də hərəkətə keçmək lazımdır. Hüquq-mühafizə orqanları qətlin Telegram şəbəkəsi vasitəsilə təşkil edildiyini sübuta yetirib və hazırda Telegram vasitəsilə Ukraynaya qarşı terror hərəkətləri şəbəkəsi yaradılır. Artıq və indi Telegram-ı Ukraynada qadağan etmək bizim şərəf məsələmizdir”, - deyə xalq deputatı əlavə edib.
Xatirə SADİQ