Rusiya qoşunları qulağımızın dibində - Atəşi buradan açacaq?
Ukrayna Kəşfiyyatın Baş İdarəsi Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin qoşunları komandanının Ermənistandakı Rusiya hərbi bazasının “tam komplektləşdirilməsi” haqqında əmrini dərc edib.
SAVASHMEDİA.az bu barədə Ukrayna KİV-nə istinadən xəbər verir.
Sənəddə deyilir ki, komandanlığın Gümrü (Ermənistan) şəhərindəki Rusiya hərbi bazasındakı şəxsi heyəti komplektləşdirməklə rus qoşunları qrupunun artırılması barədə əmri var.
Qeyd edək ki, Ukrayna Kəşfiyyatının Baş İdarəsi bundan əvvəl də xəbər vermişdi ki, Moskva Azərbaycanla münasibətlərin pisləşməsi fonunda Ermənistanda hərbi mövcudluğunu genişləndirir.
O zaman İrəvan bu xəbəri “uydurma məlumat” adlandırdı.
Xatirə SADİQ